banner
banner

Sosİal

Bakının 7 rayonunda köhnə binalar sökülür

Bakının 7 rayonunda köhnə binalar sökülür

Bakının Suraxanı,  Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarın qəbulundan müəyyən zaman ötür.

 

Keçən dövr ərzində mütəxəssislər arasında pilot layihə kimi dəyərləndirilən və Bakı şəhərində həyata keçirilən bu böyük miqyaslı yenidənqurma işləri çərçivəsində hansı addımlar atılıb?

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, hazırda 3 rayondan başqa digər rayonlarda obyektlər tikilir:

 

“Qaradağ, Binəqədi, Sabunçu rayonlarından başqa, qalan 9 rayon  bizə məlumat göndərir. Yəni  ərazilərin baş planları bizimlə razılaşdırılır.  Bu rayonlardan məlumatımız olsa da, qeyd edilən digər 3 rayonla bağlı hər hansı informasiyamız yoxdur. Çünki Nazirlər Kabinetinin 86 nömrəli  qərarı ilə yalnız 9 rayon bizə həvalə edilib.

 

Hazırda 9 rayon üzrə 44 obyekt tikilir. Lakin Xəzər, Pirallahı rayonunda hələki pilot layihələrə başlanılmayıb. Həmin ərazi uzaq məsafədə yerləşdiyi və orada investor olmadığı üçün tikinti yoxdur. Qalan 7 rayonda isə qeyd edildiyi kimi işlər davam edir”.

 

Pilot layihə ölkəmizdə həyata keçirilən sosial xarakterli tədbirlər içərisində özünəməxsus yer tutur. Belə ki, bu layihənin həyata keçirilməsinin əsas məqsədi müvafiq rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir.   



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.