Xəbər verdiyimiz kimi müğənni İrem Derici reanimasiyaya yerləşdirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçının vəziyyətinin ağırlaşması, nəinki, onu sevənləri, eləcə də şou-biznes nümayəndələrini kədərləndirib.
Məşhurlar İremlə bağlı rəsmi səhifələrində paylaşımlar ediblər.
Yonca Evcimik: “Mənim İremim güclü qızdır. Ən yaxın vaxtda sağalacaq. Dualarım onunladır”.
Esra Erol: “Tez sağal, mahnı oxu, rəqs et. Allah şəfanı versin”.
Sinan Akçıl: “Mələk qəlbli İrem sağalmağa doğru irəliləyir. Qiymətlim, tez elə geri dön. Keçən il sənə nə demişdim? Səni sevənlər olduğu müddətdə sənə heç nə olmaz. Yeməklər hazırdır. İndidən nuş olsun”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.