"Simurq"un prezidenti Anar Bəkirov komandanın baş məşqçisi Georgi Çixradzenin Bakı "İnter"inə mümkün transferinə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, o, Azərbaycan Premyer Liqasında "Qəbələ"yə qarşı matçdan (2:0) sonra jurnalistlərə söhbətində deyib ki, gürcü mütəxəssisin klubdakı taleyinə bu mövsümün sonu aydınlıq gələcək:
"Çixradzenin "Simurq"la müqaviləsi bu il başa çatır. Onun qarşısına qoyulan əsas məqsəd komandanın Avropa Liqasında vəsiqə qazanmasıdır. Əgər bu, baş verməsə, çox şey ola bilər. Bu məsələlərə mövsümün sonu aydınlıq gələcək".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.