Avstraliyanın Kvinslend ştatında vertolyot inəklə çarpışması nəticəsində dağılıb.
Bu barədə lenta.ru “Brisbane Times”a istinadən xəbər yayıb. Vertolyotu olduqca aşağıdan sürən pilot bu zaman inəyin buynuzlarına ilişib. Bir neçə dəfə bu maneədən qurtulmaq üçün cəhd göstərsə də, buna nail olmayıb və nəticədə idarəetməni itirib. Daha sonra isə təyyarə qəfil eniş edib və yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər vertolyotu söndürməyə çalışsalar da, onlar gələnə qədər yanğının əsas izləri aradan qaldırılmışdı və vertolyot sıradan çıxmışdı.
İkinəfərlik yüngül vertolyotlar Avstraliyada sürüləri qovmaq üçündür. Yerə yaxın məsafədən uçan vertolyotlar bir-birindən aralı düşən sürü üzvlərini toparlamaq məqsədi güdür. Hər il ölkədə onlarla “uçan çobanlar” məhv olur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.