banner
banner

Dünya

Türkiyədə kütləvi istefalar

Türkiyədə kütləvi istefalar

Türkiyədə inzibati və ictimai işlərdə çalışan bir çox bürokrat tutduğu vəzifədən istefa verib. 

ANS PRESS-in məlumatına görə buna, bürokratların 7 iyun 2015-ci il tarixdə ölkədə keçiriləcək parlament seçkisində namizədliyə namizəd (aday adayı) olmaları səbəb göstərilir. 

Yerli mətbuatın bildirdiyinə görə, bəzi universitet rektorları, nazirliklərdə departament rəhbərləri, federasiya prezidentləri, bələdiyyə başçıları, baş nazirin və prezidentin müşavirləri, məhkəmə hakimləri və s. bu kimi sahələrdə fəaliyyət göstərən çox sayda bürokrat öz rəhbərliyinə istefa ərizəsini təqdim edib. 

Baş nazir Əhməd Davudoğlunun, “İşarə verilmədən heç kim istefa verməsin” – xəbərdarlığına isə məhəl qoyan olmayıb. 

Qeyd edək ki, 2000-ci ildən bəri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament, bələdiyyə və ən son prezident seçkilərində qazandığı uğurlar millət vəkili olmaq istəyən bir çox insanın iştahını qabardıb. 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.