"Azərbaycan beynəlxalq tərəfdaşlığa önəm verir. Ölkəmiz çox məsuliyyətli tərəfdaş olduğunu bütün sahələrdə sübut edib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı dünyada sülh şəraitinin yaradılması, iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükələrə qarşı vahid mövqenin formalaşdırılması, lazımi qəraraların əldə edilməsində mühüm əhəmiyyətə malikdir. Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm verilir".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Bakıda Avronest Parlament Assambleyası tərəfindən "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu sahədə niyyətlər, siyasətlər əhəmiyyət kəsb etdiyi kimi burada təcrübənin də əhəmiyyəti az deyil.
“Həm təcrübələrin bölüşdürülməsi, bunun daha yüksək səviyyədə olmasına mane olan problemlərin araşdırılması, həll yollarının tapılması üçün konfrans xüsusi əhəmiyyətə malik olacaq. Gender bərabərliyi mühüm amillərdən biridir. Hesab edirəm ki Şərq tərəfdaşlığı üzrə həyata keçirilən layihələr kimi, bu sahədə də əməkdaşlıq öz töhfəsini verəcək. Azəraycanda bu istiqamətdə layihələr həyata keçirilir. Azərbaycan bütün bunları öz imkanları hesabına həyata keçirir. Bu səviyyədə olan sağlam əməkdaşlığın məhz bu məqsədləri həyata keçirməyə əsas yaradıb. Azərbaycan təcrübəsi də düşünürəm sizin üçün maraqlı olacaq”.
B.Muradova bildirib ki, Azərbaycanda əsas resurs insan amilidir.
“Məhz bunu nəzərə alaraq bu sahədə bir sıra proqramlar həyata keçirilib və konkret nəticələrə malikik. Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair dövlət başçısı tərəfindən mühüm addımlar atılıb. Azərbaycanda qadın sahibkarlığı, gender bərabərliyi məsələsi ilə bağlı bir sıra tədbirlər həyata keçirlib. Bununla bağlı mühüm qanunvericilik bazamız var və onun nəticələri də görünməkdədir. Bu baxımdan biz təcrübələrimizi bölüşdürə bilər və problemləri həll edə bilərik”
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.