Müğənni Röya Ayxan 8 Mart Beynəlxalq Qadınlar Günündə konsert verəcək.
Axşam.az-ın məlumatına görə, ifaçı konsertdə türkiyəli sənətçi Soner Sarıkabadayı ilə birlikdə səhnəyə çıxacaq. Bu haqda aparıcı Cavid Gül “Kimdir nömrə 1?” yarışmasında xəbər verib. O, eyni zamanda Röyanın yeni şousundan danışıb.
Belə ki, aparıcı “Röya show”nun yaxın günlərdə ATV-də yayıma başlayacağını vurğulayıb.
R.Ayxan verilişi ilə bağlı “Böyük və möhtəşəm bir televiziya şousu ilə evinizin qonağı olacam. 8 aydır üzərində çalışılan proqramda iki saat sizinlə oxuyub, deyib-güləcəyik" sözlərini söyləyib.
Qeyd edək ki, Röya 2008-ci ildə “Lider” kanalında yayımlanan "Özümüz bilərik" tok-şousunun aparıcısı olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.