42 yaşlı Ancelina Coli son günlər aqressiv davranışları ilə diqqət çəkir. Hollivud ulduzu şəxsi həyatı ilə bağlı suallara hiddətlənib. Hətta aktrisa bir şouda rejissorla dava edib. Coli "Gecə xətti" adlı şouda yeni filmini təqdim etmək üçün qonaq olub. Ancelina son günlər hər yerdə bildirir ki, onu aktrisa kimi yox, rejissor və ssenarist kimi təqdim etsinlər.
Şou zamanı aparıcı aktrisaya Enci Bret Pittlə boşanması haqda sual verib. Həmin an Coli əsəbiləşməyə başlayıb. O, çəkilişi dayandırmağı və həmin kadrların silinməsini tələb edib. Ancelina gözündən axan yaşı silib və tez-tez "Mənimlə hər şey yaxşıdır" sözlərini təkrarlamağa başlayıb.
Aktrisa bildirib ki, tək qalmaq onun üçün çətindir
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.