banner
banner

İdman

“Liverpul”dan qorxmağın mənası yoxdur”

“Liverpul”dan qorxmağın mənası yoxdur”

Moskva “Spartak”ının baş məşqçisi Massimo Karrera Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Liverpul”a qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis rəqibdən qorxmağın mənasız olduğunu bildirib:

“Liverpul”la oyun məşqçi kimi mənim karyeramdakı ən vacib görüşlərdən biridir. Rəqib güclüdür. Lakin "Liverpul”dan qorxmağın mənası yoxdur. Bacardığımız kimi oynayacağıq. Top yumrudur... 

Biz də rəqibə problem yaşatmaq üçün əlimizdən gələni edəcəyik. Yaxşı oyun göstərmək üçün bütün gücümüzü sərf edəcəyik. İngilis klublarına boş sahə vermək olmaz”

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.