Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində son oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, A qrupunda yer alan yığmamız 3-cü turda Almaniya ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn voleybolçularımız qrupu birinci pillədə tamamlayaraq 1/4 finala yüksəlib.
Qeyd edək ki, millimiz bundan əvvəl Polşa və Macarıstanı 3:0 hesabı ilə məğlub edib.
A qrupu III tur Almaniya – Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25) Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.