banner
banner

Gündəm

Bu sürücülər də “öz evində” cəza çəkəcək - Ekspert

Bu sürücülər də “öz evində” cəza çəkəcək - Ekspert

Cinayət Məcəlləsində bərpa olunan azadlığın məhdudlaşdırılması cəzası 2000-ci ildən var idi. 2011-ci ildə bu cəza ona görə ləğv edildi ki, onun çəkilməsi üçün real olaraq müəssisələr yox idi. İndi bərpa olunan cəza isə əvvəlkindən bir mühüm fərqə malikdir.

Axar.az xəbər verir ki, bu fikirləri “Digesta” hüquq firmasının direktoru, nəqliyyat eksperti Ərşad Hüseynov Azərbaycanda tətbiq edilən yeni cəza növü ilə bağlı danışarkən deyib. Məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından danışan ekspert bildirib ki, qərara əsasən, məhkum olunanlar öz evlərində yaşamaqla cəza çəkəcəklər:

“Daha əvvəlki kimi hansısa mücərrəd komendatura-filan olmayacaq. Bu məzmunda qəbul ediləcəyi təqdirdə azadlığın məhdudlaşdırılmasının təcrübədə real tətbiqi mümkün olacaq”.

Ekspert bildirib ki, bu dəyişiklik qəza törədən bəzi sürücülərə də şamil oluna bilər:

“Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması cəzası bərpa olunacağı təqdirdə böyük ehtimalla cinayət xarakterli qəza törədən bəzi sürücülərə də tətbiq oluna bilər. 2011-ci ilədək bu cəza zərərçəkmişin sağlamlığına az ağır və ya ağır zərər vurulması ilə nəticələnən qəzada təqsirli olan sürüclər üçün nəzərdə tutulmuşdu”.

Xatırladaq ki, Prezidentin təqdimatı ilə Milli Məclisə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur. Yeni maddədə cəza növünün mahiyyəti açıqlanır. Maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

Qeyd edək ki, azadlığın məhdudlaşdırılması cəza növü 2011-ci ildə ləğv edilib və o vaxta qədər tamam başqa formatda olub.

Dəyişikliklər layihəsi yaxın günlərdə ictimai dinləmələrdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.