ABŞ-ın Nyu-York şəhərində yaşayan 1 uşaq anası, 54 yaşlı Marla Lopez həyatı boyu cəmi üç növ qida yeyib.
Bunlar çörək, süd və kartof qızartması olub. “Good Morning America” adlı verilişdə qonaq kimi iştirak edən Lopez deyib ki, həyatı boyu heç meyvə və tərəvəz yeməyib. Ancaq bu 3 qida növündən istifadə edən qadın deyib ki, bu, qidalanma pozğunluğundan yaranan haldır və uşaqlıqdan bəri onda bu hal mövcuddur. Bəzən qadın “çaşın” keks və ya peçenye yeyir. Amma onun favorit yeməyi yenə də kartof qızartmasıdır. Səhhətində heç bir problem olmayan qadının bu qidalanma növünü isə mütəxəssislər doğru hesab etmir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.