"TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada
Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı-2017" birgə taktiki-uçuş təlimləri davam edir. Modern.az APA TV-yə istinadən xəbər verir ki, təlimlərdə Türkiyənin F-16 təyyarələri və döyüş helikopterləri ilə yanaşı, ordumuzun arsenalında olan döyüş təyyarə və vertolyotları da iştirak edir.
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 3 ədəd F-16 döyüş maşını, 2 ədəd "Sikorski" hərbi vertolyotu, Dəniz Qüvvələrinə məxsus 1 ədəd təyyarə və bir neçə hərbi yük təyyarəsi təlimlərdə iştirak etmək məqsədilə ölkəmizə gətirilib. F-16 döyüş təyyarələrində üçüncü ildir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları da uça bilir.
Hər uçuş müvafiq marşrut üzrə 2 saata yaxın müddətdə aparılır. Təyyarənin uçuşa hazırlığı tamamlandıqdan sonra tapşırıqlar üzrə uçuşlar həyata keçirilir. Əsasən birgə hərəkət, bombardmançı təyyarələrin müdafiəsi kimi tapşırıqlar icra olunur. Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr yerdəyişmə prinsipi əsasında şərti düşmənin hücumlarını dəf edirlər.
Təlimlər zamanı ordumuzun arsenalında olan döyüş təyyarələrinin və vertolyotlarının manevr uçuşları da aparılıb. Təlimlərdə əsas məqsəd həm də pilotlarımızın NATO standartlarına uyğun yeni texnikalardan istifadəsini təmin etmək olub. Bununla yanaşı, türkiyəli pilotlar da MİQ və "Su" tipli təyyarələrdə və hərbi vertolyotlarda uçuşlar həyata keçirib.
Qeyd edək ki, bu gün yerli və xarici media nümayəndələri və bir qrup məktəblinin sentyabrın 26-da təlim keçirilən əraziyə səfəri təşkil edilib. Şəxsi heyət və hərbi texnika ilə tanış olan jurnalistlər və məktəblilər yerinə yetirilən uçuşları izləyiblər. Hərbi pilotların qonağı olan məktəblilər təlimlərə cəlb edilən aviasiya texnikası ilə tanış olub və onları maraqlandıran mövzular üzrə məlumat əldə ediblər. Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, təlimlər sentyabrın 30-dək davam edəcək
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.