Ukraynada hərbi anbar partladı: 30 min adam təxliyə edilib
Ukraynada, Vinnitsa vilayətində hərbi hissələrdən birinin silah anbarında partlayış baş verib.
Axar.az RİA-ya istinadla xəbər verir ki, Kalinovka şəhərində yerləşən hərbi hissə anbarındakı partlayış barədə yerli vaxtla saat 21:50-də polis bölməsinə məlumat daxil olub. Ukrayna Milli Polisinin sədr əvəzi Vyaçeslav Abroskin Vinnitsa, Jitomir və Xmelnitski əyalətlərinin polislərini həyəcan siqnalı ilə olay yerinə cəlb edib. Bölmələrin fəaliyyətini əlaqələndirmək üçün özü də hadisə yerinə gedib.
Hərbi hissəyə yaxın ərazilərdə yaşayan 30 min insan təxliyə edilib. Hələlik cəmi bir nəfərin yaralandığı bildirilir.
Ukrayna 50 km radiusunda hərbi hissənin hava məkanını bağlayıb.
Anbarda “Smerç”, “Uraqan”, və “Qrad” raketlərinin atəş sistemləri saxlanılırmış.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.