banner
banner

İdman

“Gözləməzdik ki, “Qarabağ” “Roma”nı belə sıxar” - Azad Rəhimov

“Gözləməzdik ki, “Qarabağ” “Roma”nı belə sıxar”

Gənclər və İdman naziri Azad Rəhimov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Roma” (1:2) matçı haqda danışıb.

Nazir futbolxeber.az-a açıqlamasında Ağdam klubunun oyunundan razılığını ifadə edib:    “Komandamızın oyununu böyük qürur hiss ilə izlədik. Gözləməzdik ki, “Qarabağ” dünyaca məşhur İtaliya klubu “Roma”nı qapısına doğru belə sıxar. “Qarabağ” gündən-günə inkişaf edir. Bu, təmsilçimiz üçün böyük təcrübədir. İnanırıq ki, gələcəkdə də Ağdam klubu azarkeşləri öz inamlı oyunu ilə sevindirəcək”.

Azad Rəhimov Bakı Olimpiya Stadionunun 2019-cu ildə Avropa Liqasının final oyununa ev sahibliyi etməsinə də münasibət bildirib:

“Azərbaycan daim mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. UEFA da məhz bu səbəbdən Bakıya etimad edib. İnanıram ki, bu cür möhtəşəm oyunun da öhdəsindən yüksək səviyyədə gələcəyik”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.