Məlumata əsasən artıq sosial şəbəkə istifadəçiləri istifadəçi profilləri, qruplar və tədbirlərdə olan şərh yerlərinə emosiyaları ifadə edən stikerlər yerləşdirə bilərlər. Bununla bağlı müvafiq işarə şərh bölməsində yerləşdirilib.
İndiyə qədər istifadəçilər emosiyaları bildirən stikerlərdən şəxsi yazışmalar və “Messenger” proqramından istifadə edərkən yararlana bilərdilər. Qeyd edək ki, Facebook-da stikerlər ötən ildən etibarən aktiv edilib.
Ekspertlərin fikrincə bununla da Facebook “Like” düyməsinin çatışmazlığını aradan qaldırmaq istəyir. Sosial şəbəkə istifadəçiləri dəfələrlə bu düymənin pis xəbərlərə reaksiya zamanı işə yaramadığını və yanlış təəssürat oyatdığını vurğulayırdılar.
Xatırladaq ki, mətn və stikerlərlə yanaşı Facebook istifadəçiləri şərhlərə öz şəkillərini də əlavə edə bilərlər. //AzVision.az
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.