Türkiyəli yazar Metin Hara ilə sevgili olan model Adriana Lima “People” dərgisinə müsahibə verib. 36 yaşlı model bir neçə ildən sonra karyerasına son qoyacağını bildirib. 1999-cu ildən bu günə kimi “Victoria's Secret”in mələyi olan Adriana daha 4 il işləyəcəyini vurğulayıb.
“Mən burada ən yaşlı modeləm. Adətən “Victoria's Secret”də modellər 30-yaşına kimi işləyir. Mənsə 40 yaşına kimi burada sima olaraq qalacam. Amma bədən quruluşum icazə verərsə, bu müddət uzana da bilər”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.