banner
banner

Hərbİ

Zakir Həsənovla Türkiyənin müdafiə nazirləri birgə təlimlərin bağlanışında iştirak etdi

Zakir Həsənovla Türkiyənin müdafiə nazirləri birgə təlimlərin bağlanışında iştirak etdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli Azərbaycanda keçirilən “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirak ediblər.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən Cia.az-a məlumat verilib.

Uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirən nazirlər onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb.

Təlimlərin yekunlarına həsr olunmuş tədbirdə uçuş və texniki heyətlərin, aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.

Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar keçirən, verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların göstərdikləri nəticələr müdafiə nazirləri tərəfindən yüksək qiymətləndirilib.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin davamlı olaraq keçirilməsi hər iki ölkənin pilotlarının bacarıq və praktiki vərdişlərinin artmasına, müştərək fəaliyyətlərin planlaşdırılmasına, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsinə və digər tapşırıqların yerinə yetirilməsinə imkan yaradacaqdır.

Tədbirdə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlərin təlim ərazisində nümunəvi uçuşları həyata keçirilib.

Təlimlərin bağlanış mərasimi Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının konsert proqramı ilə sona çatıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.