banner
banner

İdman

“Barselona”nın oyununa azarkeşlər buraxılmadı

“Barselona”nın oyununa azarkeşlər buraxılmadı

La Liqanın 7-ci turunun bu günə nəzərdə tutulan “Barselona” – “Las Palmas” oyunun təxirə salınması ilə bağlı meydan sahibi klubunun müraciəti rədd edilib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu gün səhərdən başlayaraq polis Kataloniyada qanunsuz referendumun keçirilməsini dağıdıb, nəticədə 300-dən çox insan xəsarət alıb. Bu səbəbdən “Barselona” La Liqa rəhbərliyinə müraciət edərək oyunun təxirə salınmasını istəyib. Amma buna mənfi cavab verilib. 

Klubun rəsmi Tvitter səhifəsi oyunun keçiriləcəyini, lakin azarkeşlərin stadiona buraxılmasına icazə verilmədiyini açıqlayıb.

Xatıradaq ki, “Barselona” – “Las Palmas” oyunu Bakı vaxtı ilə saat 18.15-də başlanıb.

Əlavə edək ki, qanunsuz referendumda iştirak edib Kataloniyanın müstəqilliyinə səs verənlər arasında sabiq və indiki “Barselona”lılar – Pep Qvardiola, Jerar Pike, Karles Puyol və Xavi də olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.