banner
banner

İdman

AFFA-dan Rəşad Sadıqova sürpriz

AFFA-dan Rəşad Sadıqova sürpriz

Çexiya yığmasına qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl Qarabağ"ın futbolçusu Rəşad Sadıqovun Azərbaycan milli komandası ilə vida mərasimi təşkil olunacaq. Cia.az AFFA-ya istinadən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, canlı yayıma təsadüf etdiyindən, tədbir elə də uzun müddətli nəzərdə tutulmayıb. E.Məmmədov AFFA rəhbərliyinin Rəşad Sadıqova sürpriz hazırladığını da açıqlayıb: "2015-ci il oktyabrın 10-da İtaliya ilə Avropa çempionatının seçmə qrup oyunundan əvvəl də buna bənzər tədbir təşkil etmişdik. Həmin mərasim Rəşad Sadıqovun Azərbaycan millisində 100-cü oyununu keçirməsi ilə əlaqədar idi. Bu dəfə isə oyundan əvvəl yolasalma mərasimi təşkil edəcəyik. Amma nələrin olacağı qoy, sürpriz qalsın".

Baş katib oyunöncəsi tədbirdən sonra Rəşad Sadıqovun sonuncu dəfə milli komanda forması ilə meydana çıxacağını əlavə edib.

 

Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya matçı saat 20:00-da başlanacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.