banner
banner

Şou

“Mən soyunmadım...” - Xatun

“Mən soyunmadım...” - Xatun

“Mən səhnəyə gələn zaman soyunmadım. Ancaq bu o demək deyil ki, mənim bədən quruluşum buna imkan vermir, yaxud da kompleksim var”.

Bunu milli.az-a müsahibəsində müğənni Xatun deyib. Müğənni səhnədə soyunanlara pis bağmadığını da ifadə edib: “Kim soyunur, əcəb edir. Qoy soyunsunlar, mən öz işimlə məşğulam. Heç kimə qarışacağım yoxdur”.

Xatun onu da qeyd edib ki, 18 yaşında ailə həyatı qursa da, sonradan boşanıb: “Bəlkə də aramızda güclü sevgi olmadığına görə erkən qurulan bir ailənin təməli “laxladı”. Ya da bəlkə, qismət özü bizi bir-birimizdən ayrı saxladı...”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.