banner
banner

Gündəm

MDB-nin xüsusi xidmət orqanlarının nümayəndələri Bakıya TOPLANDI

MDB-nin xüsusi xidmət orqanlarının nümayəndələri Bakıya TOPLANDI

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə bölmələrinin nümayəndələrinin VII regional ekspert məsləhətləşməsi və MDB dövlətlərinin Antiterror Mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının geniş plenar iclası keçirilir.

Cia.az-ın məlumatına görə, məsləhətləşmənin keçirilməsinin məqsədi MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığının daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və ekstremizim və terrorizmə qarşı effektiv texnologiyaların yaradılmasıdır.

 

Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İsmayıl Bağırov DTX rəisi general-leytenant Mədət Quliyevin qonaqlara salamını çatdırıb.

 

Müstəqil Dövlətlər Birliyinin (MDB) Antiterror Mərkəzinin rəhbər müavini Marat Abdırayev bildirib ki, MDB-yə üzv dövlətlərin vətəndaşlarının terror təşkilatları tərəfindən məsafədən ələ alınmasna qarşı mübarizə yolları müzakirə edilir.

 

O qeyd edib ki, belə iclaslar hər il keçirilir: “Bu iclas ilk dəfədir ki, Bakıda keçirilir. Yaradılan şəraitə görə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.