“Fatih” serialında baş rolda oynayan aktyor Kənan İmirzalıoğlunun çəkilişdən ilk fotosu yayılıb.
Aktyorun yeni ekran əsəri üçün imicini dəyişməsi gözdən yayınmayıb.
Qeyd edək ki, Alican Yaraş və Özge Efendioğlunun ssenarisini yazdığı ekran əsərində aktyorlar Toprak Sağlam, Metin Akpınar, Çetin Tekindor, Altan Erkekli, Gürkan Uygun, Burak Tamdoğan, Ertan Saban, Duygu Boztepe və Sevinç Meşe də rol alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.