banner
banner

Sosİal

Kişinin görünüşü onun sədaqətini müəyyənləşdirir

Kişinin görünüşü onun sədaqətini müəyyənləşdirir

Alimlər sübut edib ki, qadınlar bir kişi ilə birgə olmamışdan qabaq onun üzünün formasına fikir verməlidir. Belə ki, təkcə kişinin görünüşü onun etibarsız olub-olmadığını müəyyənləşdirə bilər.

Avstraliyanın Araşdırma Mərkəzinin bir qrup alimi 34 kişi və 34 qadından ibarət qrupa onların tanımadığı insanların rəngli fotoşəkillərini göstəriblər. Daha sonra tədqiqatçılar əldə olunan nəticələri tədqiqatın personajlarının şəxsi həyatları ilə müqayisə ediblər və belə nəticəyə gəliblər ki, qadınlar həmin şəxslərdən kimin sadiq, kimin etibarsız olduğunu daha dəqiq müəyyən edə bilirlər. Bu zaman onlar öz fikirlərini hər bir kişinin nə dərəcədə cəsarətli görünməsi ilə əsaslandırıblar. Onlar bu keyfiyyətin həddindən çox olduğu şəxsləri eşq macəralarına daha meyilli insan kimi qiymətləndiriblər.

 

Öz növbəsində, kişilər bu zaman qadının cazibədarlığını əsas götürərək nisbətən daha gözəl olanların vəfasız olduğu qənaətinə gəliblər. Alimlərin sözlərinə görə, nəticədə bu zaman kişilərin müqayisə reytinqi reallığa daha az uyğun gəlib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.