Ata olmağa hazırlaşan Özcan Deniz sevgilisi Feyza Aktana bahalı üzük hədiyyə edib.
İfaçının 2 aylıq hamilə olan sevgilisinə aldığı tək qaşın qiyməti 2.5 min lirədir (təxminən 1300 AZN).
Qeyd edək ki, cütlük 1 ildir sevgilidir. 25 yaşlı Aktan və 40 yaşlı Özcan toya da hazırlaşır. Onların toyu xaricdə olacaq. "İstanbullu gelin" serialının çəkilişlərinə görə az vaxtı olan Deniz bildirib ki, xaricə getməyə imkanı olmasa, Türkiyədə toy edəcək. Məclisə ancaq ailə üzvləri qatılacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.