banner
banner

Hərbİ

Bizim və onların ordusu - Faktlar

Bizim və onların ordusu

Londondakı Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu fevralın 10-da yayılan "The Military Balance-214" hesabatında qeyd edir ki, Azərbaycan ordusunu müasir avadanlıqlarla təchiz edir. 

 

CİA.Az Azadliq.org-a istinadən xəbər verir ki, hgesabata görə müasir sistemlərin real istifadə imkanı barədə qəti fikir söyləmək hələ tezdir. Çünki ordu çağırışçılar hesabına formalaşır: 

"Hərbi hava qüvvələrində təlim və təchizat sarıdan problemlər var. Azərbaycan müdafiə sahəsində NATO ilə əməkdaşlıq edir. Həmçinin Türkiyə ilə yaxın hərbi əməkdaşlığa malikdir. ABŞ da Xəzərdə təhlükəsizlik sahəsində Azərbaycana dəstək verir."

Sənəddə Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistan haqqında  deyilir ki, bu ölkə bir neçə keçmiş sovet respublikasının birləşdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Həmçinin Rusiya bu ölkədə saxladığı hərbi bazalar vasitəsilə Ermənistana hava hücumundan müdafiə sahəsində dəstək verir: "Ordu hələ də çağırışçılar hesabına formalaşır. Amma peşəkar zabitlərin sayı artır.

Ordunun təchizatı əsasən Rusiya istehsalı olan silahlarladır. Hərbi hava qüvvələrində təyyarələrin xidmətə yaralılığı sahəsində suallar var."

Sənəddə erməni silahlı qüvvələrinin nəzarəti altında olan Dağlıq Qarabağda saxlanan silahlar haqqında da qısa da ola məlumat verilir. Beynəlxalq Araşdırmalar İnstitunun əməkdaşları erməni hərbi qüvvələrinin işğalı altında olan Azərbaycanın Qarabağ və təraf rayonlarında aşağıdakı silah və avadanlıqları müşahidə etdiklərini bildirirlər. Hesabat müəllifləri müşahidələrinə əsasən qeyd edirlər onların çoxu Ermənistana aid olan silahlardır və təxminən aşağıdakılardan ibarətdir: 

Əsas döyüş tankları: T-72

Piyadaların döyüş maşını: BMP-1 və BMP-2

Artilleriya qurğuları: 232 ədəd (Onlardan: 122 mm-lik S1 və 152 mm-lik S3 özüyeriyən, eyni kalibrdə D-30 və A36 amma daşınan toplar. 122 mm-lik BM-21 və 273 mm-lik WM-80 raket atan qurğular.)

Tank əleyhinə raketlər: 9P148 Konkurs; 9P149 MT-LB Spiral

Hava hücumundan müdafiə vasitələri: SA-4 Ganef,  SA-6 Gainful, SA-8 Gecko,  SA-2 Guideline, SA-3 Goa, SA-16 Gimlet,  SA-18 Grouse, ZSU-23-4, 23mm-lik ZU-23-2

Taktiki raketlər: SS-1C Scud B

Qərargahı Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu ( İİSS) hərbi-siyasi münaqişələr sahəsində dünyanın aparıcı araşdırma mərkəzi hesab olunur.

1958-ci ildə, Soyuq Müharibə və nüvə silahlanması zamanı yaradılmış İİSS ABŞ və Britaniya hökumətindəki mənbələrlə yaxın münasibətlərdədir.

Yuxarıda qeyd edilənlər yalnız Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun hazırladığı "The Military Balance 2014" adlı hesabatda qeyd edilənlərdir. Sənəd fevralın 10-da yayılıb. Hələlik ona Azərbaycan və Ermənistandan rəsmi və qeyri-rəsmi mənbələrdən reaksiyalar yoxdur. 

Amma adətən Bakıda rəsmilər Azərbaycan ordusunun Qafqazda ən güclü olduğunu qeyd edirlər. Azərbaycan rəsmiləri xüsusilə vurğulayırlar ki, orduya ayrılan vəsait Ermənistanın bütöv dövlət büdcəsindən də çoxdur. 

Ermənistandan da Azərbaycanın silahlanmaya külli miqdarda vəsait ayırdığını etiraf etsələr də həm də vurğulayırlar ki, "bu pulun bir hissəsi onsuz da korrupsiyanın yeminə çevrilir". Ermənistan rəhbərliyi "effektiv vasitələrlə daha güclü ordu qurduğunu" iddia edir. 

Sənədə əsasən Azərbaycan və Ermənistan ordularının durumu aşağıdakı ifoqragikada göstərilib:



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.