Azərbaycana 26.3 milyon dollar ayrılıb - kütləvi qırğın silahlarına görə
ABŞ-ın Azərbaycandakı səfirliyinin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi idarəsi (EXBS), Dövlət Gömrük Komitəsinin (DGK) 12 nəfər müstəntiqi, həmçinin beş hakim və beş prokuror üçün kütləvi qırğın silahlarının aşkarlanması və cavab tədbirlərinin görülməsinə dair təlim keçirir.
Cia.az-ın xəbərinə görə, tədbirdə çıxış edən ABŞ səfirliyi missiyasının rəhbərinin müavini Karter Vilbör bildirib ki, EXBS proqramı Azərbaycan hökuməti ilə uzunmüddətli əməkdaşlığa malikdir.
"1999-cu ildən indiyə kimi EXBS proqramı çərçivəsində kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycana 26,3 milyon dollar məbləğində avadanlıq və maliyyə yardımı ayrılıb. Azərbaycan kütləvi qırğın silahlarının, qeyri-qanuni ticarətin qarşının alınmasında sadiqliyini sübut etmiş tərəfdaşdır"-deyə o bildirib.
Qeyd edək ki, təlim oktyabrın 13-nə qədər davam edəcək.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.