Fransanın paytaxtı Parisdə və digər iri şəhərlərin hava limanlarında tətillə əlaqədar reyslərin üçdə bir hissəsi təxirə salınıb.
Trend-in məlumatına görə, tətil Parisin Şarl de Qoll, Orli və Bove, eləcə də Lion, Nitsa, Marsel, Tuluza, Bordo və Nant şəhərlərinin hava limanlarının işinə təsir edib.
Qeyd edək ki, bu gün Fransada dövlət qulluqçularının – həkim, müəllim, mülki aviasiya işçilərin Fransa hökumətinin tədbirlərinə qarşı tətili keçirilir.
Tətil edənlər iş yerlərinin ixtisarına və müavinətlərin azaldılmasına etirazını bildirirlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.