banner
banner

Sosİal

Sürücülər, diqqət: DYP hərəkətə keçdi

Sürücülər, diqqət: DYP hərəkətə keçdi

“Sürücülərə tövsiyə edirəm ki, hərəkət qaydalarını daha yaxşı öyrənsinlər”. Axar.az xəbər verir ki, bu açıqlama ilə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov çıxış edib.

O, yol hərəkəti təhlükəsizliyi ilə bağlı hazırlanan milli strategiya sayəsində sürücülər üçün intizamsızlıq həlqəsinin daraldığını bildirib:

“Bir müddət əvvəl ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı milli strategiya hazırlanması barədə məlumat vermişdim. Bu sənəddə əsas hədəflərdən biri yol hərəkətinə nəzarət üçün müxtəlif texniki vasitələrin artırılması, onların təkmilləşdirilməsi və onlardan istifadənin səmərəliliyinin yüksəldilməsidir. DYP üçün gətirilmiş yeni avtomobillər bu istiqamətdə növbəti mərhələdir. Ona görə də sürücülərə tövsiyə edirəm ki, hərəkət qaydalarını daha yaxşı öyrənsinlər və ən başlıcası, onlara riayət etsinlər. İntizamsızlıq həlqəsi daralır...”

Qeyd edək ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı hazırlanan milli strategiyada yol infrastrukturunun yaxşılaşdırılması, sürücülərin maarifləndirilməsi, sərxoşluqla mübarizə və digər məsələlər yer alıb. Xatırladaq ki, ötən gün 400 ədəd yeni və müasir avadanlıqlarla təchiz edilmiş BMV (5-ci seriya) markalı avtomobillər DYP əməkdaşlarının istifadəsinə verilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.