banner
banner

Hərbİ

“Ukrayna hadisələri Qarabağa təsir edir...”

“Ukrayna hadisələri Qarabağa təsir edir...”

“Bu gün Ukrayna böhranının bu qədər qlobal hal alması və məsələnin uzanması Qarabağ probleminə təsir göstərərək münaqişənin həllini ləngidir”.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib. O, Ukrayna ilə bağlı gərginliyin Qarabağ probleminə təsirsiz ötüşmədiyini bildirib: “Ukrayna böhranı ilə bağlı bölgədə baş verə biləcək istənilən gərginlik Azərbaycana öz mənfi təsirini göstərə bilər. Ancaq bir məsələni xüsusilə ilə vurğulamaq istəyirəm ki, bu gün Ukraynada baş verən hadisələr Qarabağdakı eyni ssenari və texnologiya ilə həyata keçirilib. Eyni zamanda beynəlxalq təşkilatların ikili standartları nəticəsində bu münaqişənin həlinə yetərincə diqqət ayrılmayıb. Buna görə də hesab edirəm ki, yaxın zamanlarda Ukrayna məsələsinin həllində heç bir irəliləyiş gözlənilmir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.