İtaliya millisi və "Yuventus"un qapıçısı Canluici Buffon nazir ola bilər.
Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, bu barədə italiyalı yazıçı Vittorio Sqarbi məlumat verib. O deyib ki, təmsil etdiyi “İntibah” partiyası seçkilərdə qalib gəlsə, 39 yaşlı qapıçı ölkənin yeni idman naziri olacaq: “Əgər biz seçkilərdə qələbə qazansaq, Buffon yeni nazir olacaq. O, tezliklə karyerasını bitirəcək. Buffon incəsənət və siyasətlə maraqlanır. O, özü də bizim təklifimizlə maraqlıdır”.
Qeyd edək ki, C.Buffonun DÇ-2018-in final mərhələsindən sonra futbolçu karyerasını başa vuracağı gözlənilir
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.