banner
banner

Gündəm

Yeni energetika naziri Pərviz Şahbazov kimdir? - TƏRCÜMEYİ-HAL

Yeni energetika naziri Pərviz Şahbazov kimdir?

Prezident İlham Əliyev  bu gün Azərbaycanın yeni energetika naziri təyin edib. Ölkə başçısının sərəncamı ilə Pərviz Oqtay oğlu Şahbazov bu vəzifəyə təyinat alıb. Qeyd edək ki, keçmiş energetika naziri Natiq Əliyev bu il iyunun 8-də vəfat edib. 
Yeni nazir Pərviz Şahbazov kimdir?
Cia.az saytının məlumatına görə, Pərviz Şahbazov Azərbaycan Respublikasının Almaniyadakı keçmiş səfiri olub. O, 2016-cı ilin sentybrında səfir vəzifəsindən geri çağırılmışdı.

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayında Azərbaycanın Almaniyadakı fövqaladə  və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
2016-cı il sentyabrın 6-da səfir vəzifəsindən geri çağırılıb.

Ailəlidir, iki övladı var. İngilis, alman və rus dillərini bilir.

Qeyd edək ki, Pərviz Şahbazov  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsinin müdiri Oqtay Şahbazovun oğludur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.