banner
banner

Dünya

Türkiyə ordusu Suriyanın İdlib şəhərinə daxil olub

Türkiyə ordusu Suriyanın İdlib şəhərinə daxil olub

Türkiyə Silahlı Qüvvələrinin kontingenti Suriyanın İdlib şəhərinə daxil olub. APA-nın xəbərinə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bundan əvvəl Türkiyə Baş Qərargahı bildirilmişdi ki, Türkiyənin Hatay əyalətinin Suriya ilə həmsərhəd Reyhanlı rayonuna xeyli sayda hərbi nəqliyyat vasitələri və təcili yardım maşınları cəmləşdirilir. 

Məlumata görə, sərhədə cəmləşdirilən nəqliyyat vasitələri Türkiyə hərbi kontingentinin İdlibdəki təhlükəsizlik zonasına yerləşdirilməsi prosesinə cəlb ediləcək. 

Əməliyyat Suriyanın şimal-qərb hissəsində təhlükəsizlik rejiminə əməl olunması üzrə nəzarət zonasının yaradılması məqsədi güdür. Hərbi kontingentin İdlibdə yerləşdirilməsi prosesindən əvvəl 8-11 oktyabr tarixlərində kəşfiyyat əməliyyatı keçirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.