Sədərək” ticarət mərkəzində bir aylıq yer haqları ləğv olunub
Axar.az-a yarmarkadan verilən məlumata görə, alıcılıq qabiliyyətinin aşağı düşməsi ticarətçiləri müflisləşmə həddinə çatdırıb. Bazar rəhbərliyi də onlara bir aylıq icarə pulunu güzəşt edib.
Rusiyada rublun dəyərdən düşməsi bazarın əsas alıcıları olan Şimali Qafqaz tacirlərinin işini zəiflədib. Ona görə də “Sədərək” rəhbərliyi gedişatı nəzərə alıb. “Laçın” ticarət mərkəzində isə yer haqları 40 manat artırılıb.
Tacirlərin sözlərinə görə, yanvardan qiymətlər qalxıb. Hər kvadratına əvvəllər 80 manat ödəyən sahibkarlar indi 120 manat ödəməli olacaqlar. Obyekt sahiblərinin narazılığı ilə qarşılanan bu qərarın səbəbi açıqlanmır. Qeyd edək ki, paytaxtın alış-veriş mərkəzlərində durğunluq müşahidə olunur. Heç zaman olmadığı qədər müştəri qıtlığının yarandığı bildirilir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.