banner
banner

Dünya

Səfirliyin 20 avtomobili üsyançılara qaldı

Səfirliyin 20 avtomobili üsyançılara qaldı

Yəmənin paytaxtı Sanada Amerika Birləşmiş Ştatları səfirliyinə məxsus 20 avtomobil üsyançıların əlinə keçib.

ANS PRESS-in məlumatına görə, bir qədər əvvəl Yəməndə baş verən dövlət çevrilişi ilə əlaqədar səfirliyin əməkdaşları ölkədən təxliyə olunmuşdular.

Səfir və diplomatlar avtomobillərini hava limanında tərk ediblər.

Amerika hökuməti səfirliyə məxsus avadanlıqların təhvil verilməsini tələb edib. Yeni müvəqqəti hökumətin təhlükəsizlik rəsmiləri avtomobillərin geri qaytarılacağını, lakin prosesin BMT xətti ilə icra olunacağını bildiriblər.

Yəməndə müşahidə olunan qeyri-stabil vəziyyətlə əlaqədar, eyni zamanda, Böyük Britaniya və Fransa səfirlikləri də bu ölkədə fəaliyyətini dayandırıb.

Hazırda Yəmən hökuməti Husi hərəkatı tərəfinfən idarə olunur.

BMT-nin baş katibi Yəməndə vətəndaş müharibəsi gözlənildiyinə dair xəbərdarlıq edib. 

“Yəmən gözlərimizin önündə tənəzzülə uğrayır. Biz bunu kənardan müşahidə edə bilmərik. Mümkün qədər tez Yəmən xalqına ölkədə legitim dövlət qurması üçün kömək etməliyik”

Yəmən Əl-Qaidə qruplaşmasının ən fəal olduğu ölkələrdən biridir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.