Azərbaycan Mətbuat Şurası 2014-cü ilin noyabrında Şəki şəhərində Azərbaycanın tanınmış kinorejissoru, kinooperatoru, ssenaristi, respublikanın xalq arsisti Rasim Ocaqovun xatirəsinə həsr edilən sənədli filmlər festivalı keçirəcək.
Məqsəd
Məqsəd həyatın müxtəlif sahələrinə aid düşündürücü, tamaşaçıları ictimai əhəmiyyət daşıyan problemlərin həllinə istiqamətləndirən ekran əsərlərinin çəkilişinə töhfə vermək, mövcud istiqamətdə araşdırmaçı yaradıcılıq dəst-xəttini stimullaşdırmaqdır.
Qiymətləndirmə
Təqdim olunan filmlər üçün aşağıdakı xüsusiyyətlər nəzərə alınacaq:
Mövzunun aktuallığı; Bədii-publisistik duyum; Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın dolğunluğu; İfadə vasitələrinin zənginliyi; İnformasiyalılıq.
Qiymətləndirmə Mətbuat Şurasının yaratdığı və tərkibi tanınmış kino mütəxəssislərinin və jurnalistlərin daxil olduğu Münsiflər Heyəti tərəfindən aparılacaq.
Mükafatlandırılma
Təqdim olunmuş sənədli filmlər bir neçə nominasiya üzrə mükafatlandırılacaq. Bunlar aşağıdakılardır:
Ən yaxşı mövzu seçimi; Ən yaxşı ssenarist işi: Ən yaxşı rejissor işi;
Xüsusi mükafat - 1 film
Mükafatlar noyabrın 25-də Şəki şəhərində keçiriləcək və Rasim Ocaqovun xatirəsinə həsr olunacaq sənədli filmlər festivalında təqdim ediləcək.
Filmlərin qəbulu
Müsabiqəyə 40 dəqiqəyə qədər davamiyyət müddəti olan filmlər buraxılacaq. Qəbul 15 oktyabr 2014-cü il tarixdən 15 noyabr 2014-cü il tarixədək hər gün saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasının ofisində aparılacaq.
Təqdimat zərfinə əlavə olunmalıdır:
Film (diskdə); Filmin qısa məzmunu barədə bildiriş; Təqdim edən şəxsin tərcümeyi-halı; Təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti.
Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.