banner
banner

Sosİal

Nazir qrip infeksiyası ilə bağlı əmr verdi

Nazir qrip infeksiyası ilə bağlı əmr verdi

Səhiyyə naziri Oqtay Şirəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar səhiyyə, təhsil müəssisələrində qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin görülməsi üçün tapşırıqlar verib.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyeva bildirib ki, nazir 2017-2018-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə əmr imzalanıb. Əmrə əsasən, səhiyyə müəssisələrində, orta məktəblərdə, məktəbəqədər və digər təhsil müəssisələrində dezinfeksiya tədbirlərinin gücləndirilməsi nəzərdə tutulub.

O əlavə edib ki, əmrdə əhali arasında maarifləndirmə işlərinin aparılması, dərman preparatları ilə təminat, laborator müayinələrin təşkili, səhiyyə və təhsil müəssisələrində müşahidə tədbirlərinin təşkili, xəstələrin aşkarlanması, onların vaxtında tibbi müşahidələrə və müalicəyə cəlb olunması və s. kimi məsələlərlə əlaqədar profilaktik və əks-epidemik tədbirlərin görülməsi öz əksini tapıb. Həmin əmrə əsasən, ölkədə bütün kompleks tədbirlər həyata keçirili



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.