banner
banner

Sosİal

DİM: Balların hesablanması qaydası dəyişəcək

DİM: Balların hesablanması qaydası dəyişəcək

Dövlət qulluğuna qəbul üçün ilk müsabiqə noyabr ayında keçiriləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

B.Xəlilov bildirib ki, imtahanlardan uğurla keçən namizədlərə sertifikat veriləcək. Həmin namizədlər bu sertifikatlara uyğun olaraq vakant dövlət qulluğu müsahibələrində iştirak edə biləcəklər.

 

Direktorlar Şurasının sədr müavini qeyd edib ki, imtahanlarda açıq tipli test suallarından da istifadə ediləcək. Bununla yanaşı, balların hesablanması qaydası dəyişəcək.

 

B.Xəlilov deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birləşdirilməsi ilə əlaqədar xeyli müddət dövlət qulluğuna qəbul üçün müsabiqə keçirilməyib. Ona görə də dövlət orqanlarında bir çox vəzifələr vakantdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.