banner
banner

Sosİal

SON MONİTORİNQ: Bəzi çaylarda artma müşahidə olunub

SON MONİTORİNQ: Bəzi çaylarda artma müşahidə olunub

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 100-120, Lənkəran-Astara bölgəsi çaylarında 40-70, Naxçıvan MR çaylarında isə 180 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 215 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 225 m3/s olmaqla ongünlük normanın 133 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 193 m3/s təşkil edərək ongünlük normanın 180 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 23 sm artım, Surrada 6, Bankədə 8 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 366 m (2016-cı il oktyabrın 20-də 569 sm), Şirvanda 251 sm, Salyanda 230 sm (2016-cı il oktyabrın 20-də 371 sm), Bankədə 197 sm (2016-cı il oktyabrın 20-də 273 sm), Araz çayının Novruzlu məntəqəsində isə 98 sm (2016-cı il oktyabrın 20-də 277 sm) təşkil edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.