Kanadada yaşayan Cesika Qould adlı qadın ayaqları ilə internet fenomeninə çevrilib. Cesika ayaqlarının şəklini İnstaqram səhifəsində paylaşaraq ildə 90 min dollar pul qazanır. Qould bildirib ki, ilk əvvəllər ayağının fotolarını sosial şəbəkədə yerləşdirəndə bu qədər izləniləcək olduğunu ağlına belə gətirməmişdi. Lakin sonradan bir çox insanın ayaqlarının şəkli qarşılığında ona pul ödəməyə hazır olduqlarını biləndə çox təəccüblənib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.