Əri Coş Dyuameldən ayrılan sənətçi özünü şən göstərməyə çalışır. Hər zaman dərin dekoltesi ilə diqqət çəkən Ferqinin bədənində qırışlar yaranmağa başlayıb.
Müğənni bu qırışları şərflə gizlətməyə çalışır. Qocalmağa başlayan sənətçi keçmiş ərinə acıq vermək üçün yeni eşq yaşamaq istədiyini deyib. Dostları mediaya açıqlamasında "Ferqi hər gün idman edir. Özünü cavan saxlamaq üçün kosmetoloqlara gedir" deyə, söyləyib
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.