İngiltərəli müğənni Adelə 26 milyon dollarlıq təklif gəlib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə ötən ilin iyun ayında Londonda konsert verən ifaçı bir də heç vaxt izləyiciləri ilə canlı görüşməyəcəyini və səhnəyə çıxmayacağını bildirib.
Lakin sevənlərinin istəyini nəzərə alan Los-Ancelesdə məşhur otelin sahibi sənətçiyə inanılmaz təklif edib.
O, bir illik müqavilə əsasında Adelə 26 milyon dollar verəcəyini bildirib. Bunun üçün müğənni həmin oteldə səhnəyə çıxmalı olacaq.
Dünya ulduzunun təklifi qəbul edib-etməyəcəyi hələ ki, bəlli deyil
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.