Bu gün dünyanın, demək olar ki, bütün ölkələrində toyda gəlin və bəyin tort kəsməsi adət halını alıb. Axşam.az xarici KİV-ə istinadən bu adət-ənənənin haradan qaynaqlandığı barədə xəbər verir.
Məlumata əsasən, qədim Romada gəlinin başına bərəkət rəmzi olaraq buğda atılıb. İllər keçdikdən sonra toya gələn qonaqlar cütlük üçün buğdadan hazırlanmış kekslər gətiriblər. Lakin onu da gəlinin başından aşağı atıblar.
Bir müddətdən sonra bərəkət rəmzi kimi keksləri cütlüyün başında kəsiblər və ovuntuları gəlinlə bəyə yedirdiblər.
Zamanla bu adət bir az da dəyişilib. Belə ki, İngiltərədə toya qonaqlar artıq daha iri piroqlar gətirib və onlar üst-üstə düzülüb. Sonra bəylə gəlin həmin piroqlardan dadıblar.
Dekoratif əşyalar çıxdıqca isə həmin piroqlar tortlarla əvəz olunmağa başlanılıb və onların üzərinə bəzək vurulub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.