banner
banner

Sosİal

Qadın zorakılığına məruz qalan kişilər...

Qadın zorakılığına məruz qalan kişilər...

Bir neçə gün öncə “Dünya kişilərinin əsəb sisteminin qadın zorakılığından qorunması günü” idi. Qəribə olsa da, belə bir gün də varmış. Zorakılıq deyəndə adətən ilk ağıla gələn kişilər yox, qadınlar olur. Təsadüfi deyil ki, Azərbaycanda qadınların hüquqlarını qoruyan kifayət sayda komitə, qadınlar üçün sığınacaq evləri var.

Ancaq kişilərin hüquqlarını müdafiə edən komitələr, kişilər üçün sığınacaq evləri yoxdur. Hətta Azərbaycanda hansısa kişinin qadın tərəfindən şiddətə məruz qalması, sığınacaq evinə üz tutması ağlasığan deyil. Çünki Azərbaycan kişisi bunu mental olaraq özünə sığışdırmır və arvad tərəfindən döyülən kişi olmamaq üçün buna dözən kişilər belə var.

Kişi hər zaman cəmiyyətə özünü güclü tərəf olaraq təqdim edir. Digər ölkələrə nisbətən sayca az olsa da, qadınlar tərəfindən döyülən, şiddətə və psixoloji basqıya məruz qalan kişilər də var. Ümumiyyətlə, dünyada hər 100 qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən isə 27-si zorakılıqla üzləşir. Azərbaycandan fərqli olaraq demək olar ki, bütün ölkələrdə kişilərin hüquqlarını müdafiə komitəsi və kişi sığınacaqları var. Məsələn, hazırda qonşu Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir. Bu sığınacaqlarahansısa fəlakətdən çətin vəziyyətə düşən, cinsi orientasiyasına görə təzyiqə məruz qalan kişilər də sığına bilir.

Türkiyədə kişilər üçün sığınma evlərinin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyəti həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. Bir qeyri-hökumət təşkilatı tərəfindən açılan  ev “zərərçəkənin cinsi olmaz” şüarını deviz seçib. Evdə eyni vaxtda 40-50 kişi sığınacaq tapa bilir. İldə isə ən azı 400-500 nəfər yardım məqsədilə bura müraciət edir, bəziləri oranın uzunmüddətli qonağına çevrilir.

Kanadanın bir çox bölgələrində mövcud olan bu tipli evlərin sakinləri isə daha çox işsizlikdən, təbii fəlakətlərdən əziyyət çəkənlərdir. Sözügedən ölkədə ilk belə ev 1931-ci ildə yaradılıb və sayı dayanmadan artır. Bir araşdırma nəticəsində məlum olub ki, 40 milyon əhalisi olan Keniyada 2,1 milyon kişi qadınlar tərəfindən fiziki və psixoloji şiddətə məruz qalır. Keniyalı sosioloq Nidirutu Njoka işsiz və yaşı 40-ı keçmiş kişilərin daha çox istismar edildiyini bildirib. Ölkədə qadınlar ərlərini aldadır, onları ev işlərini görməyə və uşağa baxmağa məcbur edirlər.

Image result for Vəfa rəşidova

Psixoloq Vəfa Rəşidovaya görə, xanımı tərəfindən zorakılığa məruz qalmış kişilər uşaqlıqda psixoloji problem yaşayan insanlardır: “Bizim mentalitetdə belə bir şey var ki, kişi hər zaman hisslərini, duyğularını, acılarını gizlətməlidir. Ailə psixologiyasında həddindən artıq gizli məqamlar var. Əslində kişilər dominantlığını bir çox hallarda ona görə göstərirlər ki, xoşbəxt bağıracaq ki, xoşbəxtəm, varlı olmayan bağıracaq ki, varlıyam, hüzurlu olmayan da bağıracaq ki, hüzurluyam. Ancaq xoşbəxt, varlı, hüzurlu olan bunu yansıtmır. Biz hər zaman deyirik ki, uşaqlarınızı uşaqlıqdan, hətta ana bətnindəykən tərbiyələndirin və onlarda xarakter formalaşdırın. İnsanda, xüsusən də kişilərdə xarakter formalaşmayanda həyatda daim əzilirlər. Belə insanlar tam olaraq ailə başçısı ola bilmirlər. Onlar ailədə başçı rolunu oynaya bilmir, onların fikirləri ikinci, üçüncü planda olur. Bu isə sırf ana obrazı ilə bağlıdır. İllərdir bunu vurğulayıram ki, övladlarınıza zorakılıq göstərməyin, xüsusən də oğlan uşaqlarınızın qürurunu incitməyin, aşağılamayın. İnsan elə bir varlıqdır ki, ona 40 gün dəli desən, çönüb dəli olacaq. Daima aşağılanan, şiddət görən insanın ruhu, cismi buna alışmış olacaq. Əlbəttə ki, əgər o, anası tərəfindən aşağılanıb, şiddət görübsə, uşaqlıq dövründən evlilik dövrünə qədər daim bunları yaşayıbsa, onlar üçün bu adiləşmiş hal olur. Evdəki xanım da onun xarakterindəki bu zəifliyi hiss edir və bu kimi davranışları o da göstərir. Xanım bunu bir dəfə edəndə və fərqli təpki görməyəndə bunu daim edir. Bir daha qeyd edim ki, bu uşaqlıqdan qaynaqlanan bir problemdir. Bunun da qaynağı ana obrazıdır. Adətən atası olmayan uşaqlar və anası tərəfindən böyüyən uşaqlarda belə olur. Evdə ana dominantlıq etdiyinə və uşağı daim ana yönləndirdiyinə görə uşaqdakı motivasiyanı, xarakteri sıfır dərəcəsinə salmış olur. Ona görə də bu cür insanlar daim əzilən və qadını tərəfindən şiddətə məruz qalan insanlar olur. Analar bu mövzularda çox diqqətli olsunlar. Belə insanlarda özlərini təsdiq etmək istəyi də olmur. İtirmə qorxusu, ölüm qorxusu, tək qalma qorxusu olan insanlar bu cür əzilir, zorakılığa məruz qalırlar. Onlar düşünür ki, eybi yox, əzilim, şiddət görüm, amma o şiddət göstərən şəxs getməsin, tək qalmayım. Bu isə çox yanlış düşüncədir, psixoloji bir problemdir. Şiddətə boyun əyən insan birmənalı şəkildə formalaşmamış, həyatda öz ayağı üstə durmağa çaba göstərməmiş insanlardır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.