banner
banner

Hərbİ

Fransanın Misirə döyüş təyyarələri satması barədə razılıq

Fransanın Misirə döyüş təyyarələri satması barədə razılıq

Fransanın Misirə 24 ədəd “Rafale“ tipli döyüş təyyarələri satması barədə iki ölkə arasında razılıq əldə edilib.

CİA.Az AzərTAc-a istinadla məlumatına görə, Fransa prezidenti Fransua Olland bunun “Rafale“ döyüş təyyarələrinin xaricə satışı ilə bağlı ilk müqavilə olduğunu bildirib. Ölkə başçısı qeyd edib ki, 5,2 milyard dəyərində olan müqaviləyə dair sənədlərin hazırlanması çox qısa müddətdə - üç aya başa gəlib.

Prezident daha sonra məlumat verib ki, müqavilənin imzalanması mərasimi fevralın 16-da Qahirədə keçiriləcək. Müqaviləni Fransa tərəfindən ölkənin müdafiə naziri Jan-İv Lö Drian, Misir tərəfdən isə prezident Abdel Fəttah əl-Sissi imzalayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.