Aktrisa Bleyk Lavli aktyor əri Rayan Reynoldsu ad günü münasibəti ilə qeyri-adi formada təbrik edib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa İnstaqram səhifəsində ərinin həmkarı Rayan Qoslinqlə birgə çəkilmiş fotosunu yerləşdirərək “Ad günün mübarək, əzizim” yazıb.
Maraqlısı odur ki, şəkildə Lavli Reynolds olan hissəni kəsib. Bu yolla o, Rayandan qisas almış olub.
Belə ki, avqustda Reynolds da Bleyki doğum günü münasibəti ilə təbrik edərkən sosial şəbəkədə xanımının kəsilmiş fotosunu yerləşdirmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.