“Erzgebirge”nin futbolçusu Dmitri Nazarov klub tərəfindən cəzalandırılıb.
Bu barədə Aue təmsilçisinin baş məşqçisi Hannes Dryus "Bild"ə açıqlamasında bildirib. O, millimizin yarımmüdafiəçisinin Almaniya 2-ci Bundesliqasının 11-ci turunda “Yan Regensburq” qarşı matçda etdiyi hərəkətə görə cərimələndiyini deyib: “Nazarova cərimə tətbiq etdik. Bu, emosiyadan irəli gələn axmaq hərəkət idi. O, özünü idarə etməlidir. Qalib gəlidiyimiz üçün sevinməliyik. Uduzsaydıq, bu hərəkəti qıcıqlandırıcı olacağdı”.
Qeyd edək ki, D.Nazarov sözügedən qarşılaşmanın 20-ci dəqiqəsində topu bilərkdən rəqib futbolçusunun üzünə vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. Almaniya Futbol İttifaqının İntizam Komitəsi buna görə D.Nazarovu 3 oyunluq cəzalandırıb, klub 3 min avro məbləğində cərimələnib
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.