PSJ-nin hücumçusu Neymar Kriştianu Ronaldonun ardıcıl ikinci il dünyanın ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu Ronaldonun mükafata layiq olduğunu söyləyib:
“Təbii ki, Ronaldonun qələbəsində “Real”ın Çempionlar Liqasını qazanmasının böyük rolu oldu. Mən Kriştianunu təbrik edirəm. O, futbolda çox hörmətli bir şəxsdir. Bu idman növündə xeyli titul qazanıb. Ronaldo bu mükafat layiq idi.
Ronaldo kimi Messi də dünyasəviyyəli ulduzdur. Bu səbəbdən də mən namizədlər arasında üçlükdə yer aldığım üçün çox şadam”
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.