Rabitə Nazirliyindən “Bad Rabbit” təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bad Rabbit” təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən cia.az-a verilən məlumata görə, müxtəlif ölkələrdə 200–dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran “Bad rabbit” adlandırılan ransomware virusu aşkar olunub.
Qeyd edək ki, virus “Win32/Diskcoder.D” “Trojan-Ransom.Win32.Gen.f”, “Win32/Tibbar”, “Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir.
Rusiya, Türkiyə, Ukrayna, Almaniya kimi ölkələrdə sürətlə yayılan virus “Petya” virusunun bir başqa formasıdır. Hücumçu kompüter sistemlərini kilidləyir və açılması üçün qurbandan 0.05 bitcoin (~ $285) tələb edir. Belə ki, virus bəzi rus xəbər media saytlarına daxil olan istifadəçilərə saxta “Adobe Flash Player”də yenilik barəsində pop-up reklam mesajı kimi təqdim olunaraq yayılmışdır. Bununla yanaşı, istifadəçilər bu və ya digər təhlükəli vebsaytlara daxil olduğu zaman zərərli fayllardan ibarət olan saytlara yönləndirilir.
Qeyd edək ki, tələb olunan məbləğ ödənilmədən şifrələnmiş sistemlərin deşifrə olunma yolları hələ də araşdırılmaqdadır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi mövcud təhlükədən mühafizə olunmaq üçün aşağıdakı təhlükəsizlik tədbirlərini istifadəçilərin diqqətinə çatdırır:
Ziyanvericinin şəbəkənizdə yayılmasının qarşını almaq üçün WMI xidmətini (Windows Management Instrumentation Command-line) deaktiv edin; Kompüterdəki faylların (mətn, şəkil, video, audio) ehtiyat nüsxəsini başqa bir qurğuya köçürün (backup); Windows əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal yenilənmə (“patch”ın yüklənməsi və quraşdırılması) aparın; E-poçt vasitəsi ilə göndərilən naməlum fayllara, tanış olmayan hər hansı digər mənbəyə keçidə daxil olmayın; Qeyri-rəsmi mənbələrdən tətbiqetmələr yükləyib quraşdırmayın; Sisteminizi ehtiyac olmadığı təqdirdə “admin” olaraq idarə etməyin; Aktiv və antivirus bazası aktual olan antivirusdan istifadə etdiyinizdən əmin olun; Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, Microsoft Defender antivirus proqramından istifadə edin.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.