banner
banner

Dünya

Estoniyanın baş naziri yol qəzasına düşüb

Estoniyanın baş naziri yol qəzasına düşüb

Estoniyanın baş naziri Yuri Ratasın avtomobili çərşənbə günü paytaxt Tallində yol qəzasına düşüb. RİA "Novosti" xəbər verir ki, bu barədə "Postimees" qəzeti yazıb.

 

İlkin məlumata görə, hökumət başçısı maşında olub və heç bir xəsarət almayıb.

"Tallinin mərkəzindəki Dram Teatrının qarşısında baş nazirin "Audi" markalı xidməti maşınına yandan "Mercedes" markalı yolsuzluq avtomobili çırpılıb. Qəza zamanı Ratas maşında olub. Şahidlərin sözlərinə görə, baş nazir maşından düşüb və mühafizəçilərin avtomobilinə minərək hadisə yerini tərk edib", — deyə məlumatda bildirilir.

 

Estoniyanın Polis və Sərhəd mühafizəsi Departamenti hələ ki, informasiyanı təsdiq etməyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.